Esra Erolun proqramında ÇİRKİN XƏYANƏT ŞOKU: "Təəssüflər olsun!"


Digərləri 25 May 2018 06:30:00 405 0

Esra Erolun proqramında ÇİRKİN XƏYANƏT ŞOKU: "Təəssüflər olsun!"

Esra Erolun proqramında studiya şefi, eyni zamanda Seda Sayanın qardaşı qızı Əda Gök bu layihədə orkestrin dirijoru vəzifəsini icra edən Əmrah Albayrakdan ayrılıb.

Son.az xəbər verir ki, 10 ildir Esra Erolun proqramında çalışan Əmrah Albayrakın keçmiş solistlərindən və yaxın ailə dostları olan Burcu Senem Ünsal ilə sevgili olduğu üzə çıxıb.

Göz yaşları içində efirə çıxan Esra Erol Əmrah Albayrakın çirkin xəyanəti haqqında bunları deyib: "Bunun bizim ailəmizdə baş verməsi hamımızda şok təsiri yaratdı. Sənə nə deyə bilərəm ki, Əmrah, təəssüflər olsun".

7 il əvvəl Esra Erolun proqramında tanış olan Eda Gök və Əmrah Albayrakın Ariya adında qızları var.


Xəbərə aid foto