Yaxın gələcəyin ən çox pul qazandıracaq peşəsi


Digərləri 25 May 2018 04:30:00 273 0

Yaxın gələcəyin ən çox pul qazandıracaq peşəsi

Artıq dünyanın ən məşhur və gəlirli peşəsi internet blogerliyidir.

Son.az xəbər verir ki, IPRN beynəlxalq azad PR agentliyi blogerlərin cəmiyyət üzərindəki təsirini araşdırıb. Araşdırmada Avropa, Asiya və Amerikanın ən peşəkar marketoloqları, PR mütəxəssisləri iştirak ediblər. 10 ölkənin nəticələrini topladıqdan sonra mütəxəssislər bu qənaətə gəliblər ki, bu gün marketinqdə uğur əldə etmək istəyən şirkətlər mütləq internetin fenomenləri ilə birgə çalışmalıdırlar.

Artıq yalnız klassik PR-la uğur əldə etmək mümükün deyil. İnternetin məşhur simalarının iştirakı olmadan məhsul kifayət qədər satılmır. Hətta hesablamalara görə, 2020-ci ildə blogerlərin dünya bazarına verəcəyi xeyir 10 milyard dollar təşkil edəcək. Ən son qərar budur ki, blogerlər və internetin məşhur simaları marketingin ayrılmaz parçasına çevrilməlidirlər.

Çinin Weibo adlı internet platformasının gündəlik 132 milyon istifadəçisi var. Burada mövcud onlayn çatlar və o çatların liderləri auditoriya üzərində böyük təsir gücünə malikdirlər.

Bu liderlər aylıq baxış sayı 100 mini ötən blogerlərdir. Bu baxımdan Weibo onunla əməkdaşlıq edən blogerlərin əməyini yüksək dəyərləndirir, PR işlərində onların əhəmiyyətini anlayır. Həmçinin PR menecerlər məhz həmin blogerlərin izləyicilərinin, fanatlarının, bir sözlə böyük insan kütləsinin zövqlərini də bu yolla ayırd edir.

İtaliyada da vəziyyət eynidir. Bütün şirkətlər öz ikişaf templərini blogerlərə borcludurlar. Qida məhsullarından tutmuş, uşaq geyimlərinədək istehsal edən brendlər internet fenomenlərinin yardımı olmadan reklamlarını arzuolunan şəkildə apara bilmirlər.

Hətta Marta Stenay adlı jurnalist qeyd edir ki, blogerlər onların da gəlirinin azalmasına bais olublar. "Bizim müştərilərimizin sayı sürətlə azalır, sosial mediada da şirkətləri reklam etmək üçün blogerləri axtarıb tapmaq məcburiyyətindəyik. Çünki onların sədaqətli auditoriyası var".