Uşaqlarda rast gəlinən təzyiqin əsas səbəbi...


Digərləri 25 May 2018 01:30:00 293 0

Uşaqlarda rast gəlinən təzyiqin əsas səbəbi...

Pediatriyada yüksək təzyiq və onun ürək-damar sisteminə təsiri yetkin yaşa çatmış yeniyetmələrdə geniş öyrənildiyi halda, kiçikyaşlı uşaqlarda həmin problemə çox az əhəmiyyət verilir. Ona görə də erkən yaşlı xəstələrin rutin müayinəsində arterial təzyiqin ölçülməsi aparılmır.

Son.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Mədinə Hacıyeva universitetin mətbuat xidmətinə verdiyi müsahibədə deyib.

Həkim bildirib ki, uşaqlarda yenidoğulmuş dövrdən yüksək təzyiq ola bilər: "Təcrübədən məlumdur ki, uşaqlarda yenidoğulmuş dövrdən yüksək təzyiq ola bilər. Bunun hansısa ciddi bir xəstəliyin əlaməti ola biləcəyi üçün erkən diaqnostika vacibdir. Həm müalicə oluna biləcək təzyiq xəstəliyinin gecikmədən aşkara çıxarılması, həm də ona qarşı erkən yaşlarda tədbir görülə bilməsi üçün kiçikyaşlı uşaqlarda qan təzyiqinin ölçülməsi rutin fiziki müayinənin bir parçası olmalıdır".

Pediatrın dediyinə görə, arterial təzyiqin fizioloji dəyişikliklərinə hərəkət, bədənin vəziyyəti, xəstənin yaşı, günün saatları təsir edə bilər: "Ürək-damar sistemi, hormonlar, böyrəklər, qanın həcmi və s. təzyiqin normal saxlanılmasında rol oynadığı üçün bunların hansısa birində olan pozğunluq hipertenziyaya yol aça bilər. Uşaqlarda rast gəlinən təzyiqin 80 faizi böyrək patologiyaları, 20 faizi isə digər sistem xəstəlikləri ilə əlaqəlidir.