Polisi şoka salan görüntü: Ruh müşahidə


Digərləri 24 May 2018 23:15:00 265 0

Polisi şoka salan görüntü: Ruh müşahidə

Serbiyanın Trstenika şəhərinin dəmir yolu stansiyasında müşahidə kamerası qeyri-adi bir hadisəni lentə alıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, videoda stansiyanın dəhlizində ağ siluetin hərəkət etdiyi açıq-aşkar görünür.

Müşahidə kamerasının qeydə aldığı görüntülərə bir xanımın polisə şikayətindən sonra baxılıb. Həmin xanım yolda hərəkət edərkən işıq dirəklərinin birindən digərinə tullanan anlaşılmaz obyekt görüb. Polislər kamera görüntülərini izləyərkən gördüklərindən dəhşətə gəliblər. Videoda dəhlizdə o yan-bu yana gedib-gələn ağ siluet aydın şəkildə görünür. Şikayətçi qadın da həmin dəhlizdən keçib.  

Video ruhları izləyən "The Hidden Underbelly" adlı "YouTube" kanalında yerləşdirilib.