Xoşbəxt olmağın 5 asan yolu: Keçmişi unudun,


Digərləri 24 May 2018 23:18:00 380 0

Xoşbəxt olmağın 5 asan yolu: Keçmişi unudun,

Zahirən baxdıqda xoşbəxt görünürsünüz, amma əslində kefiniz yoxdur və bunun səbəbini heç özünüz də bilmirsiniz?

Son.az axşam.az-a istinadən xoşbəxt ola bilməniz üçün 5 asan yolu təqdim edir:

Özünüzdən şübhə etməyin - Nəsə edərkən "Bacarmaram" deyə özünüzə şübhə etməyin. O zaman özünüzə güvən azalar, istəyinizə nail ola bilmərsiniz.

Yanlış insanla birlikdə olduğunuzu etiraf edin - Sizə qarşı kobud hərəkətini gördüyünüz insanı özünüzdən uzaqlaşdırın. Çünki fərqinə varmadan həmin insan sizin xoşbəxtliyinizi əlinizdən ala bilər.

Keçmişə bağlı qalmayın - Həyat elə bir şeydir ki, hər kəsin başına yaxşı və pis hadisələr gələ bilər. Sizin də keçmişiniz ola bilər. Amma eşq acısı, xəyal qırıqlığı, uğursuzluqlar və keçmişdə baş verən bütün utanc hərəkətləri unudun. Yalnız həmin hadisələrin sizə nə öyrətdiyini düşünün.