O, atasını bütün ömrü boyu axtarıb:


Digərləri 24 May 2018 22:33:00 251 0

O, atasını bütün ömrü boyu axtarıb:

Səftər Quliyev yaxınları tapılan ilk "Dulaq" qurbanıdır

Bu günlərdə 1942-ci ildə Porxov yaxınlığındakı düşərgədə işgəncə və məruz qalmış və həlak olmuş azərbaycanlı əsgər Səftər Quliyevin nəvəsi tapılıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə "Pskovskoy pravda"-ya Rusiya Qadınlar Birliyinin regional şöbəsinin sədri Natalya Nikiforova deyib. Qeyd edək ki, onun təşkilatı "Dulaq"da həlak olanların yaxınlarının tapılması ilə məşğul olur.

İki il öncə Pskovsk bölgəsində, Porxovdan 3,2 kilometr şərqdə "Dulaq -100" alman-faşist düşərgəsində öldürülən və işgəncə görən 85 min nəfərin xatirəsinə həsr edilmiş memorialın təntənəli şəkildə açılış mərasimi baş tutub. Ötən əsrin 80-cı illərinə qədər tikintisi təxirə salınmış memorial bir ilin ərzində qayğıkeş insanların vəsaiti hesabına tikilib.

Onun təntənəli şəkildə açılışı zamanı veteranlar, müxtəlif regionlardan gələnlər, eyni zamanda Pskovskın yüzlərlə sakini iştirak edib.  Eyni zamanda, burada həlak olan əsirlərin yaxınlarının axtarışına başlanıldı. Və bu həssas iş artıq öz bəhrəsini verir.

Nikiforova qeyd edib ki, bir neçə gün əvvəl ona Azərbaycandan zəng olunub. Zəng edən Kamal Quliyev bildirib ki, o, təşkilatın siyahısında Kuriyev kimi qeydə alınmış Səftər Quliyevin nəvəsidir.

Onun yaşı, doğulduğu kənd və digər məlumatlar üst-üstə düşür.

Birlik sədrinin sözlərinə görə, Kamal Quliyev anasının, yəni Səftər Quliyevin qızının sağ olduğunu da bildirib. Hazırda onun 80 yaşı var və o ağır xəstədir. Qadın bütün həyatı boyu atasını axtarıb. Kamal Quliyev axtarış üçün ailəsinin onlara minnətdar olduğunu da bildirib.

"Səsindən hiss edilirdi ki, ona danışmaq çətindir və o özünü ağlamaqdan güclə saxlayır. Söz verdi ki, mütləq gələcək və xahiş etdi ki, babasının dəfn olunduğu yeri ona göstərək" - deyə Nikiforova qeyd edib.

Nikiforovanın sözlərinə görə, "Dulaq"da həlak olanların yaxınlarının axtarılması ideyası abidənin bərpa edilməsi işləri başlanan zaman yaranıb. Əvvəlcə heç kim nədən başlamaq lazım olduğunu, kimə və hara yazmaq lazım olduğunu bilməyib. Yerli etnoqraf mütəxəssis Sergey Yeqorovun sayəsində Porxov muzeyində 400 nəfər həlak olan şəxsə aid kartların ortaya çıxması ilə təşkilat axtarışa başlayıb.