Zəncəfil nə zaman orqanizmə ziyan vura bilər?


Digərləri 24 May 2018 22:05:00 346 0

Zəncəfil nə zaman orqanizmə ziyan vura bilər?

Zəncəfili təbii dərman hesab etmək olar.

Bu ədviyyat maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir, orqanizmə mikrob, virus və qurd əleyhinə təsir edir, iltihabları azaldır, xərçəng əleyhinə təsirə malikdir, damarları xolesterindən təmizləyir, qanda şəkərin səviyyəsini aşağı salır, immuniteti möhkəmləndirir.

Lakin bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq zəncəfilin istehlakı bəzi insanlara ciddi ziyan vura bilər.   

Bu kimə aiddir?

1. Son.az saglamolun.az-a istinadən bildirir ki, zəncəfil selikli qişalara qıcıqlandırıcı təsir edir. Bu səbəbdən mədə-bağırsaq sistemində iltihab, yara, xora zamanı zəncəfil ziyan vura bilər.

2. Kəskin və xroniki hepatit, qaraciyər sirrozu zamanı da zəncəfildən istifadə etmək tövsiyə edilmir. Sağlam qaraciyər üçün zəncəfil faydalıdır. Lakin xəstə qaraciyərə stimullaşdırıcı təsir edən zəncəfil xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.