Təhsillə bağlı gözlənilən yeniliklər açıqlandı VİDEO


Digərləri 24 May 2018 21:11:00 257 0

Təhsillə bağlı gözlənilən yeniliklər açıqlandı  VİDEO

Qabaqcıl ölkələrin çoxunda beynəlxalq olimpiadalarda yer tutan şagirdləri özlərinə cəlb etmək üçün ali təhsil müəssisələri arasında güclü rəqabət var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu fikri Milli Məclisin elm və təhsil komitəsinin iclasında təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir, respublika fənn olimpiadalarına marağı artırmaq üçün bu müsabiqələrdə yer tutan şagirdlərin imtahansız ali məktəblərə qəbul olunmasının vacibliyinə diqqət çəkib. Bu, "Təhsil haqqında" qanuna təklif olunan dəyişiklikdə də öz əksini tapıb.

Müzakirələrdə çıxış edən millət vəkili Kamilə Əliyeva birinci sinfə şagird qəbulu aparılarkən çıxarışı olmayan binalarda yaşayanların problemlərlə üzləşdiyinə diqqət çəkib.

Bu məsələ ilə bağlı danışan təhsil naziri Ceyhun Bayramovun artıq məsələnin həlli üçün addımlar atıldığını və qeydiyyat məsələsinin problem yaratmayacağını vurğulayıb.