Xəzərdə tapılan iki meyit FHN gəmisinin göyərtəsinə götürüldü


Digərləri 24 May 2018 20:49:00 228 0

Xəzərdə tapılan iki meyit FHN gəmisinin göyərtəsinə götürüldü

Bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin (şəxsiyyətləri məlum  deyil) meyiti FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisinin göyərtəsinə götürülüb.

Son.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda gəmi sahilə doğru hərəkət edir. Meyitlər və qayıq aidiyyəti üzrə təhvil veriləcək.​