Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı


Digərləri 24 May 2018 20:38:00 217 0

Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı

Azərbaycan prezidenti tərəfindən "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər təklif olunub.

Son.az APA-ya istinadən bildirir ki, layihədə qanunun I maddəsinə 25-1, 25-2 və 25-3 bəndlərin əlavə olunması təklif edilir.

25-1 bəndində bildirilir: Trisikl - işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir.

25-2 bəndində isə bildirilir ki, yüngül kvadrosikl - yüksüz vəziyyətdə kütləsi 350 kiloqramdan (elektrik mühərriki nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) çox olmayan dördtəkərli aşağıdakı mexaniki nəqliyyat vasitəsidir:

- işçi həcmi 50 kubsantimetrdən çox olmayan məcburi alışdırmalı daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;

- maksimal effektiv gücü 4 kVt-dan çox olmayan digər növ daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;