Balakəndə narkotik maddələrin emal edildiyi qeyri-qanuni laboratoriya aşkar edilib


Digərləri 24 May 2018 17:27:00 242 0

Balakəndə narkotik maddələrin emal edildiyi qeyri-qanuni laboratoriya aşkar edilib

Narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Bakı. Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis şöbəsinə daxil olmuş məlumat əsasında Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Şamxalovun fərdi yaşayış evinə baxış keçirilib. Nəticədə həmin şəxsin evinin 1-ci mərtəbəsində xüsusi örtüklə izolə edilmiş narkotik tərkibli bitkilərin yetişdirilməsi və emalı üçün nəzərdə tutulmuş istilikvermə cihazları, buxarlandırma sistemləri və digər texniki ləvazimatlarla təchiz edilmiş xüsusi laboratoriya aşkar edilib. Polis əməkdaşları tərəfindən oradan