Nəsimidə ağacları məhv edən şirkət məhkəməyə verildi


Digərləri 24 May 2018 17:13:00 245 0

Nəsimidə ağacları məhv edən şirkət məhkəməyə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu S.Rüstəm, H.Ələsgərov, X.Şuşinski və Q.Quliyev küçələrinin kəsişməsindəki məhəllədə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı köküstə yaş 6 ədəd ağacın kökündən çıxarıldığı aşkar edilib. Araşdırma zamanı ərazidəki yaşayış binalarının sökülərək yerində yeni binaların tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə 1,06 hektar torpaq sahəsinin "Grand Plaza" MMC-yə verildiyi məlum olub.

Söküntü işləri zamanı ağacların MMC tərəfindən çıxarıldığı müəyyən olunub, faktla bağlı akt və protokol tərtib edilib.