Bakıda Aİ-Azərbaycan Biznes Forumu keçiriləcək


Digərləri 24 May 2018 16:49:11 281 0

Bakıda Aİ-Azərbaycan Biznes Forumu keçiriləcək

İqtisadiyyat naziri Şahin Mustafayev iyunun 5-də Bakıda keçiriləcək 500-dən artıq iştirakçının qatılacağı Aİ-Azərbaycan Biznes Forumunda çıxış edəcək.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev iyunun 5-də Bakıda keçiriləcək 500-dən artıq iştirakçının qatılacağı Aİ-Azərbaycan Biznes Forumunda çıxış edəcək. Alman-Azərbaycan Xarici Ticarət Palatasından Trend-ə verilən məlumata görə, tədbirdə Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun (DG NEAR) nümayəndəsi Lourens Meredit forumda salamlama nitqi ilə çıxış edəcək. Bu il qabaqcıl biznes tədbirində 500-dən artıq yüksək səviyyəli nümayəndələrin - biznes və hökumət rəhbərlərinin iştirakı gözlənilir. Müzakirələrdə iştirak edəcək spikerlər Aİ və Azərbaycandan olan Baş İcraçı Direktorlar və nazirlərdən ibarətdir. Tədbirdə açılış nitqi ilə çıxış edəcək Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev də daxil olmaqla, Azərbaycan hökumətinin çoxsaylı nazirləri (nazir müavinləri) iştirak edəcəklər. Foruma həmçinin Aİ üzv ölkələrinin səfirləri qatılacaq. Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun (DG NEAR) Şərq Qonşuluğu bölməsinin Direktoru Lourens Meredit açılış mərasimində salamlama nitqi ilə çıxış edəcək və Azərbaycanda iqtisadi islahatlara dair plenar sessiyanın moderatoru olacaq. Ötən il nazir Ş.Mustafayev Forumun Aİ-Azərbaycan əlaqələrinə verdiyi töhfə ilə bağlı əhəmiyyətini vurğulayıb və təşkilatçılara biznes tədbirinin təşkilində göstərdiyi səylərə görə minnətdarlığını bildirib. Biznes Forumun əhəmiyyəti barədə danışan Meredit qeyd edib: “Bu, Avropa İttifaqı üçün önəmli bir forumdur; Azərbaycan strateji baxımdan əhəmiyyətli tərəfdaşdır və bu baxımdan ikitərəfli əlaqələr mühüm əhəmiyyətə malikdir.”