Azərbaycanda ilk dəfə nüfuzlu "MercedesTrophy" turniri keçirilib


Digərləri 24 May 2018 16:10:04 263 0

Azərbaycanda ilk dəfə nüfuzlu "MercedesTrophy" turniri keçirilib

“Autocapital-Azerbajan” və "Mercedes Benz"in rəsmi dileri “Abşeron Avtomobil Mərkəzi”nin dəstəyi ilə ölkədə nüfuzlu "MercedesTrophy" turniri keçirilib.

Bakı. Azərbaycanda qolf sahəsində beynəlxalq səviyyəli hadisə baş tutub. Azərbaycanda ilk dəfə olaraq Mercedes-Benz-in rəsmi distribütoru “Autocapital-Azerbajan” və "Mercedes Benz"in rəsmi dileri “Abşeron Avtomobil Mərkəzi”nin dəstəyi ilə ölkədə nüfuzlu "MercedesTrophy" turniri keçirilib. "MercedesTrophy" 1989-cu ildən Daimler AG tərəfindən keçirilən amator qolf turnirləri seriyasındandır. "MercedesTrophy"nin finalı hər il Ştutqartda keçirilir, burada 25-35 ölkədən oyunçular iştirak edir. Müxtəlif səviyyəli "MercedesTrophy" turnirlərinin bütün dünya üzrə iştirakçılarının ümumi sayı 60 000 nəfərə qədər təşkil edir. "MercedesTrophy" nəinki idman yarışı, həm də brendin pərəstişkarları üçün əla beynəlxalq kommunikasiya platformasıdır. Tədbir zamanı qonaqlar və iştirakçılar nəinki qolf oynamaqdan zövq alıb, “Qolf məktəbi”ndə təlim alıb, tanışların və dostların ətrafında dincəliblər, onlar həm də "Mercedes Benz"in ən aktual modellərinin: rahat V-Class, çox gözəl GLC və GLC Coupe və əlbəttə ki, mötəbər sinifdən olan dəbdəbəli yolsuzluq avtomobili – GLS-in testindən keçiblər. Məşhur alman avtomobil istehsalçısının məhz bu modelləri qolf-akademiyada rahat transfer üçün bütün iştirakçıları ən yüksək standartlarla seçilən və həm təzə başlayan qolfçular, həm də peşəkarlar üçün maraq doğuran premium sinifli ilk qolf-klub olan Dreamland Golf Clubun qolf meydançasında oyunqabağı məşqlər və turnirin qaydalarının elan edilməsi üçün qarşıladı. Oyun üçün meydança 5 min kvadrat metr təşkil edirdi. Layihənin əsası kimi Amerikanın və Qərb analoqlarının ən yaxşı nümunələri götürülmüş və dünya səviyyəli yarışların keçirilməsi üçün nəzərdə tutulmuşdu. Qolf Azərbaycanda nisbətən yeni idman növüdür. Əlverişli iqlim Azərbaycanda oyunun üstünlüklərini xüsusi vurğulayır. Qolf mövsümü burada mart ayında başlayır və yalnız dekabrda bitir. Qolf ölkəmizdə tədricən öz pərəstişkarlarını toplayır. Ona görə də təsadüfi deyildir ki, MercedesTrophy Azerbaijan iştirakçıları arasında xarici amatorlar da az deyildi. Lakin qeyd etmək lazımdır ki, yerli qolfçular onlara nə istəkli oyuğa düşmək bacarıqlarına görə, nə məqsədlərinə çatmaq üçün yoxlanmış azartlarına görə onlardan heç də geridə qalmırdılar ki, bu da zərif və üslublu oyunun şahidləri olmuş qonaqlar arasında böyük marağa səbəb oldu. Bütün bunlar idmanın bu növünü elitar oyunlara bərabər edirdi. Və nə qədər ki, “qarmaq ustaları” qolf mçeydançasında gözəl nəticələr göstərirdi, Mercedes Benz şirkətinin bütün qonaqları üçün Dreamland Golf Clubun baş qolf peşəkarı Alex Day ustad dərsləri təşkil edirdi. Mercedes-Benz avtomobillərinin sahibləri, həmçinin dəvət olunan digər qonaqlar müxtəlif kateqoriyalarda mübarizə aparırdılar: Group A (0 – 18,4), Group B (18,5 – 36,0) və Group C (0 – 36.0). Qolf təkcə idman oyunu deyil, həm də müəyyən ünsiyyət ab-havasıdır.