"Allah o müğənnilərin üzünü qara eləsin"


Şou-biznes 24 May 2018 15:37:00 266 0

"Allah o müğənnilərin üzünü qara eləsin"

Müğənni Səidə Sultan bu gün media nümayəndələri ilə bir araya gəlib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, ifaçı tədbirə deyilən vaxtdan bir az gec qatılıb.

Üzrxahlıq edən Səidə rəqs edərək, jurnalistlərin könlünü alıb. 

Daha sonra sənətçinin Mirbağır Bağırzadənin "Bağışla" mahnısına çəkdirdiyi klip nümayiş olunub. 

O, özünü korifey sənətkarlara oxşatmaq istədiyini deyib:

"İdeya özümündür. Modelyer Elnarə Bəkirovaya, stilist Anar Ağakişiyevə, operator Elvinə təşəkkür edirəm. Klipə baxanlar deyir ki, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Elmira Rəhimovanı xatırladıram.

O dövrün xanımları bir başqa idi, mən də onlara bənzəmək istədim. Amma yenə də Səidəyəm. Bu cür mahnıları az oxuyuram. Oxuduqlarım da öz sözünü deyir".

İfaçı yeniliklərindən də danışıb: 

"Artıq işlərimə start vermişəm. Məndən hər şey gözləyin. Bundan sonra bir klipimiz var, orada başqa Səidə var. Təəccübləndirəcəyəm. Hamı kimi, eyni tərzdə olmağı sevmirəm".