Baku Summer Jazz Days 48 iyunda Beynəlxalq Muğam Mərkəzində təqdim olunacaqdır


Digərləri 24 May 2018 15:28:00 400 0

Baku Summer Jazz Days 48 iyunda Beynəlxalq Muğam Mərkəzində təqdim olunacaqdır

İyun ayının 4-dən 8-dək  Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Premier Art Management production şirkətinin təşkil etdiyi yeni Baku Summer Jazz Days (Bakı Yay Jazz Günləri) layihəsi təqdim olunacaqdır. Bakı Yay Jazz Günlərində müxtəlif ölkələrdən olan, fərqli caz üslubunda ifa edən musiqiçilərin verəcəyi beş konsert nəzərdə tutulub.

Yay Jazz Günlərinin açılışı ərəfəsində Trend Life-ın oxucularını festivalın musiqiçiləri və iştirakçıları ilə tanış etmək istərdik. Bu gün sizə Macarıstandan gələcək olan qonaqlarımızı təqdim edirik. Festivalın təşkilatçıları - Premier Art Management - layihə rəhbərlərindən biri olan, perküsyonist və zərb alətləri ifaçısı  Andras Des -in müsahibəsini təqdim edirlər.

- Bu Bakıya ilk səfərinizdir? Gözləntiləriniz nədir?

- Mən iki il əvvəl Bakıya ilk səfərimi etmişdim , amma çox qısa bir səfər oldu. Ümid edirəm ki, bu dəfə bu gözəl şəhər ilə daha yaxından tanış ola biləcəm.

- Konsert zamanı yeni ifalar nəzərdə tutulubmu?

- Biz son layihəmiz olan  Maiden Tower (Qız Qalası) albomunu səsləndirəcəyik. Bu albom 2016-cı ilin yazında yazılmış və keçən il buraxılmışdır.

- Siz bizim caz ifaçımız Elçin Şirinovla tanışsınız, bəs caz irsimizlə tanışsınızmı?

- Təəssüf ki, mənim Azərbaycan caz irsi lə tanış olmaq imkanım olmayıb, amma Bakıdan yaxşı caz ifaçıları ilə görüşmüşəm. Son səfərim vaxtı gözəl bir caz klubda unudulmaz bir axşam keçirtmişəm.

- Elçin Şirinov ilə əməkdaşlığa necə başladınız?

- Biz Budapeştdə olarkən Polşanın tanınmış caz ifaçısı Grzegorz Karnas-ın qrupunda birlikdə ifə etdiyimiz zaman tanış olduq. Voicingers festivalında iştirak etdiyimiz zamanda da bir neçə dəfə görüşmüşdük.

- Elchin Shirinov &Trio András Dés layihəsinin yaradılması kimin fikri olub?

- İlk dəfə Elçinlə tanış olduğumuz zaman bu öz özünə baş verdi, biz mütləq birgə iş görməliydik. Sonra Budapeştdə birlikdə bir konsert təşkil etdik və bu qrupun necə möhtəşəm səsləndiyini başa düşdük. Dərhal studiyaya yollandıq.

- Biz premyeranı səbirsizliklə gözləyirik, bu həyəcanı bizimlə bölüşürsünüzmü?