​“Açıqaçıq geyimlə gündəmə gəlib, insanların gözündən düşürlər”


Şou-biznes 24 May 2018 14:56:00 315 0

​“Açıqaçıq geyimlə gündəmə gəlib, insanların gözündən düşürlər”

ARB Ulduz-un "Virtual həyat" verilişinin qonağı olan müğənni Leyla Ramazanlı maraqlı açıqlamalar verib.

Son.az bildirir ki, o, qalmaqal xoşlamadığını bildirib: "Mən özümü gündəm müğənnisi hesab etmirəm. Sənətdə olduğum müddət ərzində mənim qalmaqallarım çox olmayıb. Bəlkə də bu, təbiətimdən irəli gəlir. Bəlkə insanlarla münasibətimin pozulmağını istəmirəm. Həmişə başımı aşağı salıb sənətimlə məşğul olmuşam. Az olsun, çox olsun, amma düşünmüşəm ki, hörmətim üstümdə qalsın və insanlar məni olduğum kimi sevsinlər". "Gec olsun, güc olmasın", - deyən müğənni bəzi həmkarları kimi işin asan və tez başa gəlməsi üçün ya qalmaqala, ya da açıq-saçıqlığa getməyin düzgün olmadığını söylədi: "Hansısa müğənni ilk addımında tanınmırsa, ortalığa nəsə atır ki, diqqət çəkə bilsin. Qalmaqal da ola bilər və ya açıq-saçıq geyimlə də gündəmə gələ bilər. Düzdür, populyarlıq olur. Biri var hörmətsizsən, insanların gözündən düşübsən, sevilməyərək, populyarsan. Biri də var, öz əziyyətinlə irəliləyəsən. Düzdür, hamı istəyər ki, hər şey daha asan və tez olsun. Ancaq mən həmişə normaları gözləmişəm. Eybi yox, qoy gec olsun, amma güc olmasın". Leyla Ramazanlı ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto