“Veysəloğlu Qrup”un baş sponsorluğu ilə keçirilən məntiq olimpiadasının qalibləri mükafatlandırıldı (FOTO)


Digərləri 24 May 2018 14:42:00 515 0

“Veysəloğlu Qrup”un baş sponsorluğu ilə keçirilən məntiq olimpiadasının qalibləri mükafatlandırıldı (FOTO)

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan III Tələbələrarası Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Bakı. Bu gün Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, Xəzər Universitetinin akademik tərəfdaşlığı, Kainat Tədris Mərkəzi və ATGTİ-nin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan III Tələbələrarası Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, Park İnn otelində baş tutan tədbirdə Veysəloğlu Qrupun Biznesə Dəstək üzrə Baş direktoru İlqar Nuri, Xəzər Universitetinin professoru Fuad Rəsulov, ATGTİ-nin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Ramin Həbibzadə və Kainat Tədris mərkəzinin direktoru İlqar Ağakişiyev və olimpiadanın iştirakçısı olmuş tələbələr iştirak ediblər. Mükafatlandırma mərasiminə dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Ardınca olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub.