Məktəblərin yaxınlığında yaşayan uşaqlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar


Digərləri 24 May 2018 12:02:47 206 0

Məktəblərin yaxınlığında yaşayan uşaqlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

Azərbaycanda ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar.

“Report”un xəbərinə görə, Milli Məclisin Elm və təhsil komitəsinin bugün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik edilir. Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Komitə sədri deyib ki, bu məsələ hər il problem yaradırdı.