Okeanın dibindən tarixin ən böyük xəzinəsi tapıldı


Dünya 24 May 2018 11:56:24 266 0

Okeanın dibindən tarixin ən böyük xəzinəsi tapıldı

İspaniya donanmasına aid "San Xose" adlı gəminin üç əsr boyunca okeanın altında qalan xəzinələrlə dolu hissələrinin tapıldığı təsdiqini tapıb. Son.az xarici mediaya istinadən xəbər verir ki, Karib dənizində İngiltərə donanması tərəfindən batırılan gəmini araşdıran mütəxəssislər qalıqların "San Xose"yə aid olduğunu qeyd ediblər.

2015-ci ildə tapılan gəmi 1708-ci ildə batırıldığı zaman Amerika qitəsindəki xəzinələri Avropaya daşıyırmış. Mütəxəssislərin məlumatına görə, "San Xose"nin içindəki qızıl və digər qiymətli daş-qaşların 18 milyard dollara yaxın qiyməti var.

Təhməz Təkin Son.az