Yeni çəkilən yol sürüşdü VİDEO FOTO


Digərləri 24 May 2018 11:20:00 210 0

Yeni çəkilən yol sürüşdü  VİDEO  FOTO

Şamaxı rayonunda sürüşmə sahələri aktivliyini qoruyur.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Şamaxı-Pirqulu-Dəmirçi istiqamətində isə yol yenidən sürüşməyə məruz qalıb. 4-cü kilometirlikdə yol sürüşərək yararsız vəziyyətə düşüb, 1 metr dərinlikdə çökmələr baş verib, bəzi hissələrdə isə dərinliyi 70 sm olan yeni çatlar yaranıb. Qeyd edək ki, Pirqulu-Dəmirçi yolu rayon mərkəzindən 22 kilometr uzaqda yerləşir. Yeni çəkilib istifadəyə verilən yolun üç hissəsində sürüşmə yaşanır. Apreldə yaşanan sürüşmə nəticəsində yolun 3-cü kilometirliyində asfalt örtüyü bölünərək ikiyə ayrılmışdı.​

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar