“İsrailə bilet almayın”


Digərləri 24 May 2018 09:43:00 251 0

“İsrailə bilet almayın”

"Eurovision 2019" mahnı müsabiqəsinin təşkilatçıları fanatlardan İsrailə bilet almamağı xahiş edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şounun rəsmi "Facebook" səhifəsində məlumat yayılıb:

"Artıq növbəti ildə "Eurovision"un başlanmasını gözləyirsiniz? Biz də. Ancaq hələlik təyyarələrə bilet almayın. Müsabiqənin harada və nə vaxt keçiriləcəyi dəqiqləşənə kimi gözləyin. Rəsmi səhifəmizi izləyin".