Azərbaycana partlayıcı qurğuların daşınmasının qarşısı alınıb


Dünya 24 May 2018 08:43:00 293 0

Azərbaycana partlayıcı qurğuların daşınmasının qarşısı alınıb

Dağıstanda Rusiyadan Azərbaycana partlayıcı qurğuların daşınması zamanı qayda pozuntusu qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, Dərbənd dəmir yolu stansiyasında gömrük işçiləri sənaye üsulu ilə hazırlanmış partlayıcı qurğu - ammonit tozunun daşınması zamanı qanun pozuntusu aşkarlayıblar.

Qeyd olunur ki, daşıyıcı deklarasiyada yükün çəkisini 8 ton kimi göstərib: "Yoxlama zaman aşkar olunub ki, yükün faktiki çəkisi 8 ton 167,2 kq-dır. Yəni qurğuları gömrük rəsmiləşdirilməsi olmadan keçirməyə çalışıblar".