"Sony"dən online musiqi həmləsi


Digərləri 24 May 2018 08:15:00 252 0

"Sony"dən online musiqi həmləsi

Yaponiyanın "Sony" korporasiyası Britaniyanın məşhur "EMI Music Publishing" firmasını satın alaraq öz bəlməsinə çevirdiyini açıqlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, "EMI Music Publishing" 2 milyon musiqi kompozisiyası, o cümlədən "Quenn" qrupu, Alicia Keys, P!nk kimi müğənnilərin yaradıcılığı üzərində eksklüziv hüquqlara malikdir.

"Sony Corp." BƏƏ-nin "Mubadala İnvestment" fondu ilə 1,9 milyard dollarlıq anlaşma nəticəsində Britaniya şirkətinin səhmlərinin 90%-nə sahib olacaq. Qalan hissə isə Maykl Ceksonun varislərinə məxsusdur. Bu alışdan sonra "Sony Corp." pullu musiqi xidmətlərindən əldə etdiyi gəlirləri ciddi şəkildə artıra biləcəyini düşünür. "Bu yatırımlar bizim intellektual mülkiyyət sahəsində mövqelərimizi möhkəmləndirəcək. Biz dünyada musiqi satan ən böyük şirkətlərdən birinə çevriləcəyik", - deyə korporasiyanın prezidenti Kenyitiro Yosida bildirib.