İtaliyada qatar yük avtomobili ilə toqquşub,


Dünya 24 May 2018 08:08:00 219 0

İtaliyada qatar yük avtomobili ilə toqquşub,

Hadisə zamanı 2 nəfər ölüb, 18 nəfər yaralanıb

08:08

İtaliyanın şimalında sərnişin qatarının yük avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ölüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı həmçinin 18 nəfər xəsarət alıb. Qeyd edək ki, qəza Turinin şimalındakı Kaluzo şəhərində baş verib. Litva nömrəli yük avtomobili semaforda qatarın yaxınlaşdığını bildirən siqnal zamanı dəmir yoluna çıxıb. Nəticədə qatarla avtomobil toqquşub.

03:22

İtaliyanın şimalında sərnişin qatarı yük avtomobili ilə toqquşub.