Rəngli sular zob yaradır


Digərləri 23 May 2018 23:30:00 338 0

Rəngli sular zob yaradır

İnsan orqanizmində yod çatışmazlığı problemi bəşər tarixinin ilk illərinə təsadüf edir. Hələ eramızdan əvvəl qədim Çin və Hindistanda zob və onunla əlaqədar olan "kretinizm" xəstəliyinin diaqnostikası mövcud idi. Bu potoloji təsvir antik müəlliflərin əsərlərində, o cümlədən Avstriyada tapılmış əlyazmalar kitabında qeyd olunmuşdur. Zob xəstəliyinin yod çatışmazlığı nəticəsində əmələ gəlməsi halı ilk dəfə 1820-ci ildə aşkar olunub. Həmin vaxtlar alimlər bunu ciddi qəbul etmirdilər. Nəhayət, XX əsrin başlanğıcında zobun yayılma səbəbləri müəyyən olunub. Yalnız 1981-ci ildə Avstraliya alimi Bezil Xetsel bu xəstəliyin mahiyyətini araşdırdıqdan sonra, İsveçrədə bu potologiyanın müalicəsi üçün duzun yodlaşdırılmasına başlanıldı.

Son.az axşam.az-a istinadən bildirir ki, orqanizmin inkişafı üçün insana qida ilə yanaşı, kimyəvi elementlərin olması da vacibdir. Bu elementlər içərisində yod mühüm rol oynayır. İnsan həyatı üçün mühüm əhəmiyyət kəsb edən yod insan orqanizminə üç yolla - hava, su və qida məhsulları ilə daxil olur. 

Zob nədir?

Orqanizmdə yod çatışmazlığı səbəbindən əmələ gələn xəstəliklərdən ən dəhşətlisi boğaz urudur. Tibb elmində "boğaz uru" adlandırılan bu xəstəlik el arasında zob adı ilə məşhurdur. Zob - qalxanabənzər vəzin potologiyasıdır. Bu anadangəlmə və qazanılmış ola bilir. Zobun bir çox növləri mövcuddur: qarışıq, düyünlü, defus toksik, endemik. Bunlar həmçinin zəhərli və adi zob olmaqla da iki yerə ayrılır. Bu vəzin inkişafının dayanması və funksional aktivlikdən qalması ilə müşayiət olunur. Zob xəstəliyinə dağlıq bölgələrdə daha çox rast gəlinir. Belə bölgələrdə yod çatışmazlığı olduğu üçün endemik zoba tutulanlar çoxdur.  Endemik ur qalxanabənzər vəzilərin genetik çatızmazlığı ilə formalaşan xəstəlikdir.

Zob sinir sisteminə təsir edir

Müasir dövürdə zobun ən geniş yayılmış forması defus toksikli urdur. Bu, eyni zamanda zobun ən qorxulu, fəsadlı formasıdır. Mərkəzi sinir və qan damar sisteminin pozğunluğu, ağırlaşması ilə müşayiət olunur. Hətta bu hal mərkəzi sinir sistemini psixoza və ürək çatışmazlığına gətirib çıxarır. Bu, bir çox kliniki hallarla özünü büruzə verir:

· Ürək tez-tez döyünür · Gözlər bərəlir · Bədən əsməyə başlayır · Xəstədə kəskin arıqlama halları başlayır

Hətta bəzən 80 kiloqram olan biri beş gün ərzində 20-30 kiloqram arıqlaya bilər. Belə xəstədə əsmə halları güclü olur. Ona el arasında "teleqraf sütunu" deyilir.