Bakıda 9cu sinif şagirdi alternativ enerji ilə bağlı yeni layihə hazırlayıb VİDEO


Digərləri 23 May 2018 23:01:00 277 0

Bakıda 9cu sinif şagirdi alternativ enerji ilə bağlı yeni layihə hazırlayıb  VİDEO

Bakı məktəblisi alternativ enerji mənbələri ilə bağlı yeni layihə hazırlayıb.

Son.az bildirir ki, layihənin müəllifi, 220 nömrəli məktəbin 9-cu sinif şagirdi Fuad Qocayev deyir ki, bu layihə ilə yollardan alternativ enerji almaq və toplamq mümkün ola bilər. Bunu yaşayış binalarının ətrafından keçən yollarda avtomobillərin hərəkətindən alınan mexaniki enerjini elektrik enerjisinə çevrmək və akkumlyatorlar vasitəsilə toplamaq mümkündür.

Layihənin müəllifi deyir ki, avtomobillərin sayının gündən günə artığını nəzərə alsaq bu vasitə ilə tükənməyən enerji əldə etmək olar.

Fuad Qocayevin alternativ enerji əldə etmək üçün başqa ideyaları da var. O, təbii qazdan elektrik enerjisi almağın mümkün olduğunu deyir.