Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşacaq VİDEO


Digərləri 23 May 2018 22:35:00 263 0

Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşacaq  VİDEO

Son.az bildirir ki, hazırda Türkiyədə 1 dollar 4.7-4.8 lirəyə bərabərdir. Türkiyənin ABŞ və Avropa Birliyi ilə münasibətlərinin korlanması vəziyyətin hələ bir müddət bu cür davam edəcəyindən xəbər verir. Azərbaycana Türkiyədən qida, geyim və digər məhsulların idxalını nəzərə alsaq, onların da qiymətinin dəyişməsini gözləmək olar.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, idxal məhsullarında qiymətin enməsi gələn ayın sonuna təsadüf edəcək. İlk növbədə, əvvəlki aylarda köhnə qiymətə alınan məhsulların tam istehlak edilməsi lazımdır.

Məlumdur ki, ölkəmizdən Türkiyənin kurort şəhərlərinə dincəlməyə gedənlərin sayı çoxdur. Turizmçilər deyir ki, lirənin dəyər itirməsi turizm sektoruna da təsir göstərəcək. Ekspert Valeh Cəfərov deyir ki, turpaketlərdə ucuzlaşma bir qədər gec yaşanacaq. Təbii ki, lirənin ucuzlaşması belə davam edərsə...