Nəhəng olsa da, çox qorxaqdır VİDEO FOTO


Digərləri 23 May 2018 20:48:00 270 0

Nəhəng olsa da, çox qorxaqdır  VİDEO  FOTO

Danimarka doqu cinsindən olan Dez adlı bu köpək arxa ayaqları üstə duranda boyu 194 metrə çatır. Lakin o, nəhəng olmasına rəğmən çox qorxaqdır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Dez ən adi səsdən və hərəkətdən, hətta küçədəki fənər dirəklərindən, kağız torbanın xışıltısından da qorxur.

O, çox balaca, "cırtdan" köpəkləri görəndə isə zingildəyərək evə qaçır.

İngiltərənin Derbi qraflığındakı Alfreton şəhərinin sakini, 46 yaşlı Meri-Enn Rayli itin sahibəsidir. Onun sözlərinə görə, Dezi qorxudan müalicə etdirmək üçün indiyədək baytarlıq klinikasında 200 seansa aparıb. Bu seanslar Meri-Ennə 1500 funt-sterlinqə başa gəlib. Amma seanslar fayda verməyib: "Skubi Du"ya bənzəyən Dez çox qorxaqdır.


Xəbərə aid fotolar