Bakıda mənzildə kişi meyiti tapıldı


Digərləri 23 May 2018 18:50:00 217 0

Bakıda mənzildə kişi meyiti tapıldı

Suraxanı rayonunda mənzildə 58 yaşlı kişi meyiti tapılıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1960-cı il təvəllüdlü Abdullayev Faiq Mustafa oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.