Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi keçirilir VİDEO FOTO


Digərləri 23 May 2018 18:52:00 276 0

Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi keçirilir  VİDEO  FOTO

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi keçirilir.

MN-dən Son.az-a verilən məlumata görə, Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.

Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən aparılır.

Təlimdə, həmçinin müşahidəçi və qiymətləndirici qismində Böyük Britaniya, Fransa, Avstriya və Almaniyanın hərbi qulluqçuları iştirak edirlər.

Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının hərbçilər arasında yayılmasına və tətbiqinə dəstək olmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi də təlimə cəlb olunub.


Xəbərə aid fotolar