Bakıda "qeyrətli" oğru peyda oldu


Digərləri 23 May 2018 17:22:00 440 0

Bakıda "qeyrətli" oğru peyda oldu

Bakıda quldurluq edən şəxslər tutulub.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Bakı şəhər sakini Teymur Müseyibli polisə məlumat verərək bildirib ki, mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və bir ədəd telefonunu əlindən alıblar.

Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Akif Cavadov və Vasib Rzayev saxlanılıblar. Onlar ifadələrində törətdikləri əməli etiraf ediblər.

Akif Cavadov (saxlanılan şəxs): "Demişəm ki, pulun var üstündə? Deyib ki, yox. Demişəm telefonu ver. Dedim nömrəni çıxart, ailə şəkillərini poz, ver".

Vasib Rzayev (saxlanılan şəxs): "Qəbiristanlığa çatanda, dedim ki, maşını söndür. Dedik, bizi düz başa düş bizə pul lazımdı. Telefonun götürüb çıxdıq".


Xəbərə aid fotolar