Veysəloğlu Şirkəti Belarusdan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir


Digərləri 23 May 2018 16:19:36 461 0

Veysəloğlu Şirkəti Belarusdan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir

Belarus kərə yağı adı altında mənşəyi bilinməyən kərə yağlarının satıldığı müzakirə olunur.

Bakı. Son günlər sosial şəbəkələrdə ölkə bazarında Belarus kərə yağı adı altında mənşəyi bilinməyən kərə yağlarının satıldığı müzakirə olunur. Respublikamıza Belarusdan kərə yağı idxalı ilə məşğul olan şirkətlərdən biri də Veysəloğlu MMC-dir. Şirkət olaraq kərə yağlarını Belarusun tanınmış süd və süd məhsulları istehsalçısı COMPİMİLK OAO müəssisəsindən tədarük edirik. Müssisədən ölkəmizə idxal olunan kərə yağları “Milk World” və “Shuchinski Belarus” adı altında pərakəndə və topdan satış mağazalarına paylanılır. “Milk World” adı ilə satışda olan kərə yağları marketlərdə 1 kiloqramlıq qablaşdırılmada 14 manat 79 qəpiyə təklif olunur. “Shuchinski Belarus” kərə yağları isə 5 və 10 kiloqramlıq qablaşdırılmalarda olur ki, bu qablaşdırmalar üzərində də istehsalçı, tərkib, saxlanma şəraiti və müddəti barəsində iştehlakçıya geniş məlumatlar verilir. Marketlərdə isə bu qablaşdırılmalar açılaraq qramlar şəklində paketlənərək müştərilərə təklif olunur. Qeyd edək ki, hər iki markada istehsalçı barədə - ünvan, istehsal müəssisəsi, əlaqə nömrələri, rəsmi internet səhifəsi – məlumatlar qeyd olunub. Bundan başqa “Milk World” 1 kiloqramlıq kərə yağları ölkəmizdə qablaşdırılır və qablaşdıran şirkət barədə də məlumatlar məhsulların üzərində qeyd olunmuşdur.