AZPROMO və “KazakhExport” arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)


Digərləri 23 May 2018 15:44:00 332 0

AZPROMO və “KazakhExport” arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Azərbaycan-Qazaxıstan işgüzar görüşü keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan işgüzar görüşü keçirilib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Qazaxıstan tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, konsaltinq, tikinti, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkar iştirak edib. AZPROMO-nun prezidenti Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.