Misir dövlət telekanalında AXC-nin 100 illik yubileyinə həsr edilən veriliş yayımlanıb


Digərləri 23 May 2018 14:31:00 281 0

Misir dövlət telekanalında AXC-nin 100 illik yubileyinə həsr edilən veriliş yayımlanıb

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər dünyanın hər yerində davam edir.

Bakı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər dünyanın hər yerində davam edir. Tədbirlərin təntənəli keçirilməsində, şərqin ilk demokratik respublikası olan AXC-nin yaranma tarixi və o dövrdə görülən işlərlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında Azərbaycan diasporu əvəzsiz rol oynayır. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədiqatçı-alim Seymur Nəsirov Misirin “əl-Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalının “Diplomatik səhifələr” proqramında bu mövzuda çıxış edib. Verilişdə Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub. S.Nəsirov Azərbaycanla Misir arasında tarixi əlaqələrdən söhbət açıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin