"Deyirlər, yaşı keçir, evlənməlidir..." Siyavuş Novruzov


Digərləri 23 May 2018 12:51:00 242 0

"Deyirlər, yaşı keçir, evlənməlidir..."  Siyavuş Novruzov

"Ailələrin dağılması ciddi problemə çevrilib".

Son.az azvision.az-a istinadən xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər" mövzusunda keçirilən dinləmədə bildirib.

S.Novruzov qeyd edib ki, ailələrin dağılmasının əsas səbəblərindən biri də valideynlərin ailəyə müdaxiləsidir: "Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var... Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil".