"Gənclərdə aqressiyanın əsas səbəbi xaricdən ötürülən cizgi filmləridir" DİN


Digərləri 23 May 2018 12:56:00 260 0

"Gənclərdə aqressiyanın əsas səbəbi xaricdən ötürülən cizgi filmləridir"  DİN

Bu gün gənclərdə aqressiyanın olmasının əsas səbəbi bizə xaricdən ötürülən cizgi filmləridir. Bu gün əsas məqsədimiz uşaqları bu cür aqressiyadan qorumaq üçün onların internet təhlükəsizliyini təmin etməkdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov "Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

A.Adıgözəlov qeyd edib ki, mətbuatda bu barədə məlumatlar şişirdilsə də, əslində son 5 ildə yetkinlik yaşına çatmayanlara qarşı törədilən zorakılıq hallarının sayında artım müşahidə edilmir: