"Qız qaçırmanı insan oğurluğu ilə eyniləşdirmək düzgün deyil"


Digərləri 23 May 2018 12:31:00 250 0

"Qız qaçırmanı insan oğurluğu ilə eyniləşdirmək düzgün deyil"

Azərbaycanda adət-ənənələrə görə qız qaçırma var. Bəzən insan oğurluğu ilə qız qaçırmanı eyniləşdirirlər. Hesab edirəm ki, bu, düzgün münasibət deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qızı zorla qaçırdıqda hansısa tədbir görmək olar: "Qız zorla qaçırıldıqda bunun üçün bir variant tapmaq olar, amma insan oğurluğu ilə qız qaçırmanı eyniləşdirmək düzgün deyil. İnsan oğurluğu tamah məqsədilə edilir".