"Azərbaycanda Aliment Fondu yaradılsın"


Digərləri 23 May 2018 12:22:00 268 0

"Azərbaycanda Aliment Fondu yaradılsın"

Əvvəllər Azərbaycanda 5 uşaqlı var idisə, indi çoxuşaqlı ailələrdə 3 uşaq olur. Ona görə də çoxuşaqlı ailə məfhumu anlayışında 3 uşağa ensək, düzgün olar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli "Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur.

H.Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikahın rəsmiləşdirilməsindən əvvəl 1 ay vaxt verilir: "Həmin 1 ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq".