Yunanıstan prezidenti əməliyyat olundu


Dünya 23 May 2018 12:12:00 338 0

Yunanıstan prezidenti əməliyyat olundu

Yunanıstan prezidenti Prokopis Pavlopulos kardioloji müayinədən keçdikdən sonra ürəyinə stent qoyulub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Onassis kardiocərrahi mərkəzində əməliyyat olunan ölkə başçısının səhhəti ötən həftənin sonu pisləşib.

Prezidentin mətbuat xidmətindən onun səhhətinin normallaşdığı və fəaliyyətini əvvəlki iş rejimində davam etdirəcəyi barədə məlumat verilib.