İşçiləri müqaviləsiz işlədən 24 şəxsə aid məlumatlar Baş Prokurorluğa göndərilib


Digərləri 23 May 2018 11:55:03 239 0

İşçiləri müqaviləsiz işlədən 24 şəxsə aid məlumatlar Baş Prokurorluğa göndərilib

723 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb.

Bakı. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir. Agentlikdən Trend-ə verilən məlumata görə, Mərkəzin Səyyar monitorinq qrupu tərəfindən keçirilmiş 58 monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 105 hüquqi və fiziki şəxsi əhatə edib. Monitorinqlər zamanı yoxlanılmış işçilərdən 723 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb.