Milli Dram Teatrının kollektivi Mehdi Məmmədovun məzarını ziyarət edib (FOTO)


Digərləri 23 May 2018 09:20:00 197 0

Milli Dram Teatrının kollektivi Mehdi Məmmədovun məzarını ziyarət edib (FOTO)

Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabanda xalq artisti, görkəmli rejissor Mehdi Məmmədovun məzarını ziyarət edib.

Bakı. Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabanda xalq artisti, görkəmli rejissor Mehdi Məmmədovun məzarını ziyarət edib. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Mehdi Məmmədovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb. O, qeyd edib ki, Mehdi Məmmədov Azərbaycan teatrı və mədəniyyətinin böyük simalarından biridir: “Mehdi müəllim həm Akademik Milli Dram Teatrında, həm də Teatr Xadimləri İttifaqında çox böyük işlər görüb. Mehdi Məmmədovla bağlı mənim çox gözəl xatirələrim var. O, təkcə sənətkar kimi yox, eyni zamanda müəllim və insan kimi böyük mənəvi keyfiyyətlərə malik şəxsiyyət idi”.