Makron və Səudiyyə Ərəbistanının vəliəhdi arasında telefon danışığı olub


Dünya 23 May 2018 08:57:00 218 0

Makron və Səudiyyə Ərəbistanının vəliəhdi arasında telefon danışığı olub

Fransa prezidenti Emmanuel Makron və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman Al Səud arasında telefon danışığı olub.

Son.az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı tərəflər Yaxın Şərqi, Yəmən üzrə konfransı və Səudiyyə Ərəbistanında keçirilən islahatları müzakirə ediblər.

Emmanuel Makron Fransanın İranın nüvə dosyesi, Yəmən və Suriya üzrə mövqeyi və öhdəliklərini təsdiq edib və regionda stabilliyi pozan bu böhranlar üçün danışıqlar zamanı razılaşdırılmış sülh yolu ilə həllin vacibliyini vurğulayıb.