Yolnəqliyyat hadisəsində bir nəfər ağır xəsarət alıb


Digərləri 23 May 2018 08:15:00 237 0

Yolnəqliyyat hadisəsində bir nəfər ağır xəsarət alıb

Saatlı sakini motosikleti idarə edərkən aşırıb və ağır yaralanıb.

Son.az APA-ya istinadən bildirir ki, 23.30 radələrində Saatlı rayonunun Heydərabad kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Saatlı sakini 1989-cu il təvəllüdlü Cəfərov Elgün Cəfər oğlu idarə etdiyi motosikleti aşırıb. Nəticədə bel nahiyəsindən ağır xəsarət alan yaralı Saatlı rayon xəstəxanasına, daha sonra isə Şirvan şəhər xəstəxanasına yola salınıb.

Faktla bağlı araşdırma aparılır.