"Saudi Aramco": Bakı Mərkəzi Asiyada fəaliyyətin idarəsi üçün platforma olacaq (ÖZƏL)


Digərləri 23 May 2018 07:44:38 179 0

"Saudi Aramco": Bakı Mərkəzi Asiyada fəaliyyətin idarəsi üçün platforma olacaq (ÖZƏL)

Azərbaycanda Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinin regional ofisi şirkətin Mərkəzi Asiyada fəaliyyətinin idarəetmə platforması kimi xidmət edəcək

Bakı. Ləman Zeynalova - Azərbaycanda Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinin regional ofisi şirkətin Mərkəzi Asiyada fəaliyyətinin idarəetmə platforması kimi xidmət edəcək. Bu barədə Trend-ə "Saudi Aramco"nun baş ofisindən bildiriblər. Şirkətdə deyiblər: "Dünyada ən iri neft istehsalçısı olan "Saudi Aramco" şirkəti Bakıda "Aramco Overseas Company Azerbaijan LLC" (Aramco AOC Azerbaijan) öz regional nümayəndəliyi qeydiyyata alıb. Bu ofis Mərkəzi Asiyada şirkətin bütün növ fəaliyyətinin həyata keçirilməsi və idarəsi üçün platforma olacaq".