SİQARET ÇƏKƏNLƏRİN NƏZƏRİNƏ Ramazanda siqareti bu üsulla tərgitmək olar


Digərləri 23 May 2018 06:30:00 328 0

SİQARET ÇƏKƏNLƏRİN NƏZƏRİNƏ  Ramazanda siqareti bu üsulla tərgitmək olar

Siqaret çəkmək alışqanlığı olan insanlar üçün Ramazan ayı eyni zamanda zərərli vərdişlərindən uzaqlaşmaq üçün bir fürsətdir. Mütəxəssislər deyir ki, oruc tutmaq siqareti tərgitməyə yardımçı ola bilər. İlk günlər çətin olsa da, hər gün təxminən 12 saat ondan ayrı qalmaq orqanizminizin təmizlənməsinə gətirib çıxara bilər.

Son.az xəbər verir ki, həkimlər Ramazan ayında siqaret çəkən insanları pis vərdişlərini tərgitmək uğrunda daha inadla mübarizə aparmağa səsləyib.

Oruc tutarkən siqaret çəkmək istəyini azaltmaq istəyənlər üçün bir neçə təkliflərdən faydalana bilərsiz:

Qısa bir gəzinti, mühit dəyişdirmək, həyətdə çalışmaq.

Kitab, qəzet oxumaq, sosial şəbəkələrdə gəzişmək.

Dəniz kənarında zaman keçirərək, təmiz hava qəbul etmək.