"Hər zaman insanları müdafiə etmək istəmişəm"


Digərləri 23 May 2018 01:30:00 329 0

"Hər zaman insanları müdafiə etmək istəmişəm"

Son.az mayın 13-ü keçirilən ali məktəblərə qəbul imtahanında 700 bal toplayan Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadənin "Sherg.az"a müsahibəsini təqdim edir:

- Zeynəb, orta məktəbi hansı göstəricilərlə bitirmisən?

- Orta məktəbdə, aşağı siniflərdən yaxşı oxumuşam. Hər zaman dərslərimə məsuliyyətlə yanaşırdım. Nəticələrimə gəlincə, bir çox bilik yarışmalarının iştirakçısı olmuşam. Müxtəlif diplomlara, Azərbaycan dili və ədəbiyyat fənni üzrə qızıl medala layiq görülmüşəm.

- Qəbul imtahanlarına necə hazırlaşdın?

- Hər zaman müəllimlərim mənə kömək olub. Mütəmadi dərslərdə iştirak edirdim. Amma fərdi məşğul olmağım üçün müəllimlərim istiqamət verirdi. Dərs vəsaitlərindən hansıların əlverişli olduğunu da müəllimlərimdən öyrəndim. Liseydə də müntəzəm dərslərdə iştirak edirdim. Konkret olaraq, hər hansı kurs, repetitor yanına getməmişəm. Müəllimlərimin köməyi və özümün səyim nəticəsində 700 bala çata bildim.

- Bu maksimal nəticəni əldə etməyinbaşlıca şərti nədir?

- Əsas amil ibtidai sinifdən gündəlik dərsləri mənimsəməkdir. Aşağı siniflərdə yaxşı oxuyan şagirdlər 10-cu, 11-ci sinfə çatanda ciddi çətinlik çəkmir. Dərsləri bir qədər təkrarlamaq kifayət etmir.

- Abituriyentlərə məsləhətlərini eşitmək istərdik...

- Qeyd etdiyim kimi, aşağı sinifdən yaxşı oxumaq lazımdır. Düşünürəm ki, hər kəs öz potensialına uyğun, qavrama qabiliyyətini nəzərə alıb, imtahana elə hazırlaşmalıdır. Abituriyentlər nəyə qadir olduqlarını özləri bilsinlər və bunu nəzərə alaraq, qəbul imtahanlarına hazırlaşsınlar.

- Yayda keçiriləcək ikinci imtahana girmək fikrin varmı?

- Yox. Artıq maksimum nəticəni əldə etmişəm. Bundan sonra bir qədər istirahət edəcəyəm.

- Qarşıda ixtisas seçimi mərhələsi var. Seçimin hansı ixtisas olacaq?