Doğulan körpədə sarılıq uzun müddət davam edərsə..


Digərləri 22 May 2018 22:50:00 274 0

Doğulan körpədə sarılıq uzun müddət davam edərsə..

Yeni doğulan körpələrdə bəzən sarılıq müşahidə edilir. Bu hal valideynləri narahat etsə də, həkimlər qorxulacaq səbəb görmürlər. Çünki əksər vaxtlarda sarılığın ciddi səbəbi olmur.

Ancaq bəzi hallarda sarılıq uzun çəkir. Tibdə buna uzanmış sarılıq deyilir.

Son.az medicina.az-a istinadən bildirir ki, pediatr Altay Abdullaoğlunun sözlərinə görə, uzanmış sarılığın çox sayda səbələri ola bilər:

"Valideynlər 1-1,5 aylıq uşaqlarda sarılıq şikayəti ilə tez-tez müraciət edirlər.

Bəzi səbəblər çox sadə olsa da, bəzən ciddi xəstəliklər də buna səbəb ola bilər. Uzanmış sarılıqlarda xüsusən ana südü sarılığını vurğulamaq istəyirəm. Ana südü sarılığı ana südü ilə qidalanan sağlam körpələrdə rast gəlinir ki, bunların müayinəsi zamanı körpədə heç bir problemə rast gəlinmir. Sadəcə olaraq sarılıq 2-3 ayına qədər uzana bilər və tədricən də öz-özünə keçib gedir. Ana südü sarılığı diaqnozu qoymaq üçün başqa ciddi xəstəliklərin olub-olmaması həkim tərəfindən inkar edilməlidir. Xüsusən vurğulamaq istəyirəm ki, ana südü sarılığında ana südünü qətiyyən kəsmək olmaz və heç bir dərman müalicəsinə ehtiyac yoxdur".

Bəs bu vəziyyətdə valideynlər nə etməlidir?