Ukrayna ABŞın göndərdiyi “Javelin”i sınadı – VİDEO


Dünya 22 May 2018 22:11:00 252 0

Ukrayna ABŞın göndərdiyi “Javelin”i sınadı – VİDEO

Ukrayna ordusu ilk dəfə olaraq ABŞ-da istehsal olunmuş "Javelin" tank əleyhinə raket komplekslərini sınaqdan keçirib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko öz "Facebook" səhifəsində məlumat paylaşıb.

Poroşenkonun sözlərinə görə, "Javelin" komplekslərinin hesabına Ukrayna silahlı qüvvələrinin döyüş imkanları əhəmiyyətli dərəcədə artıb.

"Bu olduqca effektiv müdafiə silahıdır, Rusiya Federasiyası Ukrayna qoşunlarının mövqelərinə hücum edən zaman tətbiq olunacaq", - deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, aprelin 30-də ABŞ-ın Ukraynaya "Javelin" tank əleyhinə raket kompleksləri göndərdiyi məlum olub.


Xəbərə aid video