Vaksini olmayan ölümcül virus yayılıb


Digərləri 22 May 2018 21:47:00 236 0

Vaksini olmayan ölümcül virus yayılıb

Hindistanın Kerala ştatında Nipah virusu doqquz nəfərin həyatına son qoyub.

Son.az oxu.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ciddi narahatlığına səbəb olan infeksiyanın vaksini yoxdur.  Bu xəstəliyə yoluxanların 70% faizi ölür.

Nipah virusunun simptomları ilə 25 nəfər xəstəxanaya yerləşdirilib. Kerala ştatının səhiyyə naziri BBC-yə verdiyi açıqlamada pasiyentlərdən birinin qeydinə qalan tibb bacısının da öldüyünü bildirib.

Nipah dünyanın ən təhlükəli viruslarının onluğuna daxildir. ÜST epidemiyanın yayıla biləcəyini istisna etmir.